AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üçün liseylərə şagird qəbulu elan edir

Naxçıvan Qızlar Liseyi 

    Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin IV sinfində təhsil alan qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Liseyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
    - Şəxsiyyət vəsiqəsinin surəti 
    - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
    - Valideynin ərizəsi
    - Təhsil aldığı məktəbdən arayış
    - Sağlamlıq haqqında arayış (Forma 26.)
    Sənədlər 3 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 900-dan 1800-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir.
    Müsabiqə 27 may 2023-cü il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
    Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə,                 3 fəndən 70 sual təqdim olunacaqdır.
    Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Naxçıvan Qızlar Liseyi 
İ.Məmmədov küçəsi 2 
Əlaqə nömrələri: (036) 545-03-47
(036) 545-23-62

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey

    Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin VI sinfində təhsil alan oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
    - Şəxsiyyət vəsiqəsinin surəti 
    - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
    - Valideynin ərizəsi
    - Təhsil aldığı məktəbdən arayış
    - Sağlamlıq haqqında arayış (Forma 26.)
    Sənədlər 3 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 900-dan 1800-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir.
    Müsabiqə 3 iyun 2023-cü il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
    Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, biologiya fənni üzrə 5, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə,      7 fəndən 100 sual təqdim olunacaqdır. 
    Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Şərur Şəhər Fizika-Riyaziyyat 
Təmayüllü Lisey 
Şərur şəhəri, Sabir küçəsi 26
Əlaqə nömrəsi: (036) 542-30-76

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey 

    Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin VII sinfində təhsil alan oğlan və qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
    - Şəxsiyyət vəsiqəsinin surəti 
    - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
    - Valideynin ərizəsi
    - Təhsil aldığı məktəbdən arayış
    - Sağlamlıq haqqında arayış (Forma 26.)
    Sənədlər 3 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 900-dan 1800-dək Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir.
    Müsabiqə 10 iyun 2023-cü il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
    Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 15, riyaziyyat fənni üzrə 15, fizika fənni üzrə 10, ingilis dili fənni üzrə 10, kimya fənni üzrə 20, biologiya fənni üzrə 20, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə, 8 fəndən 100 sual təqdim olunacaqdır. 
    Muxtar respublika üzrə 30 qız, 30 oğlan olmaqla ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Naxçıvan Şəhər 
Kimya-Biologiya Təmayüllü Lisey 
Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi
Əlaqə nömrəsi: (036) 550-50-16

Nəşr edilib : 30.03.2023 19:38