AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə şagird qəbulu elan edir

    Liseyə şagird qəbulu 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərinin VIII və IX siniflərində təhsil alacaq oğlan və qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır.
    Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
    - şəxsiyyət vəsiqəsinin surəti;
    - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil;
    - valideynin ərizəsi;
    - təhsil aldığı məktəbdən arayış;
    - sağlamlıq haqqında arayış.
    Sənədlər 4 mart 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək saat 900-dan 1800-dək Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə qəbul ediləcəkdir.
    Müsabiqə 7 may 2022-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir.
    Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul  üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 15, riyaziyyat fənni üzrə 15, fizika fənni üzrə 10, ingilis dili fənni üzrə 10, kimya fənni üzrə 20, biologiya fənni üzrə 20, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə, 8 fəndən 100 sual təqdim olunacaqdır. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
    Muxtar respublika üzrə hər sinifdən 30 qız, 30 oğlan olmaqla, ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.


Ünvan: Naxçıvan şəhər 8 nömrəli tam orta məktəb
Naxçıvan şəhəri, Nizami küçəsi 42.
Əlaqə nömrəsi: (036) 545-13-94

Nəşr edilib : 01.03.2022 19:22