AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Naxçıvan Qızlar Liseyinə şagird qəbulu elan edir

    Liseyə şagird qəbulu 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinfində təhsil alacaq qız şagirdlər arasında müsabiqə yolu ilə aparılır. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
    - şəxsiyyət vəsiqəsinin surəti;
    - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil;
    - valideynin ərizəsi;
    - təhsil aldığı məktəbdən arayış;
    - sağlamlıq haqqında arayış.
    Sənədlər 4 mart 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək saat 900-dan 1800-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir.
    Müsabiqə 14 may 2022-ci il tarixdə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir.
    Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul  üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə, 3 fəndən 70 sual təqdim olunacaqdır.
     Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
    Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Naxçıvan Qızlar Liseyi,
 İ.Məmmədov küçəsi 2
Əlaqə nömrələri: (036) 545-03-47;  (036) 545-23-62

Nəşr edilib : 02.03.2022 19:28