AZ EN RU

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Huaweı Tech Azərbaycan MMC-nin Baş Direktoru David Xu ilə görüşüb

Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında “Naxçıvan Muxtar Respublikasına interaktiv təhsil yardımı” layihəsi ilə əlaqədar bağlanmış müqavilə əsasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Huaweı Tech. Azərbaycan MMC-nin  Baş Direktoru David Xu ilə görüş keçirilmişdir.
Qeyd edək ki, müqavilə çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, həmçinin nazirliyə tabe müəssisələrin texniki infrastrukturunun qurulması, data mərkəzi və elektron platformanın yaradılması nəzərdə tutulur.

Nəşr edilib : 02.11.2023 22:49