AZ EN RU

Naxçıvan Muxtar Respublikası təhsil naziri Mehdiyev Əli Hüseyn oğlunun Şərur rayon Təhsil Şöbəsinə müdir təyin olunmağı ilə bağlı əmr imzalayıb

Naxçıvan Muxtar Respublikası təhsil naziri Mehdiyev Əli Hüseyn oğlunun Şərur rayon Təhsil Şöbəsinə müdir təyin olunmağı ilə bağlı əmr imzalayıb.

Əli Mehdiyevi kollektivə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İmran Əliyev təqdim edib.

Qeyd edək ki, Əli Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini və direktoru işləyib.

Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəsifəsi olub.

Şərur rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.

Nəşr edilib : 22.07.2023 10:17