AZ EN RU

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yüz illiyi qeyd edilib

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və nazirliyinin kollektivi nazirliyin yaranmasının 100 illiyi münasibətilə ümummilli lider Heydər Əliyevin abidəsini və  Heydər Əliyev muzeyini ziyarət ediblər. Sonra nazirlikdə keçirilən yığıncaqda Samiq Sadıxov səhiyyə işçilərini 100 illik yubiley münasibətilə təbrik edib. Qeyd edib ki, Naxçıvanın fədakar səhiyyə işçiləri 100 il boyunca ən ağır, çətin zamanlarda, məhdud imkanlarla insanlara şəfa bəxş etmək üçün əlindən gələni əsirgəməmiş, tarixin sınaqlarından üzüağ çıxmışdır. Bu gün isə dövlətimizin gücü, qüdrəti sayəsində ən vacib sahə olan səhiyyə sistemi müasir infrastruktura malik sahələrdəndir. Səhiyyə sistemi, həkimlərimiz hər cür qayğıyla əhatə olunub. Dövlətimizin səhiyyə işçilərinə qayğısının təzahürü olaraq dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov  Naxçıvan Muxtar Respublikası səhiyyə işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup səhiyyə işçisinə fəxri adlar, təltiflər verildi. Həmçinin nazirliyin müvafiq əmri ilə bir qrup səhiyyə işçisi Fəxri Fərmanla təltif edildi. Bu qayğının, diqqətin  müqabilində bizim üzərimizə düşən yeganə vəzifə Naxçıvan səhiyyəsinin yeni əsrində var qüvvəmizlə, vicdanla çalışıb vəzifə borcumuzu layiqli şəkildə yerinə yetirmək, səhiyyənin inkişafına öz töhfəmizi verməkdən ibarətdir.  Bu yolda hər birinizə uğurlar arzulayır, hamınızı bir daha təbrik edirəm.  
Sonra həkimlər yubiley münasibətilə ürək sözlərini söyləyiblər.

Nəşr edilib : 18.01.2024 21:38