AZ EN RU

Naxçıvan Muxtar Respublikası səhiyyə işçilərinin təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və              5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 100 illiyi münasibətilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Babayev Vaqif Baba oğlu 

Cəfərov Fuad Heydər oğlu

Hüseynov Bəxtiyar Məmmədhüseyn oğlu

Rəhimova Tünzalə Əbülfəz qızı 

“Əməkdar tibb işçisi”

Cəfərova Solmaz Musa qızı

Kazımova Ülkər İbrahim qızı

Novruzova Səba  Nurəddin qızı

Piriyeva Sevda Fətulla qızı.

2. Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında uzunmüddətli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Rəşadətli əməyə görə” nişanı ilə

Dünyamalıyeva Aysel Məmməd qızı

Əsgərov Vilayət Abbas oğlu

Həsənova Cəmilə Əbilqasım qızı.

        Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 17 yanvar 2024-cü il

Nəşr edilib : 17.01.2024 20:01