AZ EN RU

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində tədbir keçirib

Birgə hazırlanmış tədbirlər planına əsasən martın 17-də  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məsul əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında keçirilmiş toplantıda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və struktur bölmələrinin hərbi qulluqçuları tərəfindən hərbi xidmətə çağırış proseslərinin müasir dövrün tələblərinə uyğun olaraq təşkili, Silahlı Qüvvələrin keyfiyyətlə komplektləşdirilməsi,  normativ hüquqi aktların tələbləri kimi aktual mövzulara dair mühazirələr dinlənilib.
Toplantıda təqdim edilən mövzular barədə konkret məsələlər təhlil edilib və qarşıda duran vəzifələr barədə tövsiyələr verilib.
Sonda mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.

Nəşr edilib : 17.03.2023 15:44