AZ EN RU

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu “Rabitəbank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Şərq qapısı" xəbər verir ki, müqaviləni Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, sədr vəzifələrini müvəqqəti icra edən Novruz Novruzlu və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Orhan Gültekin  imzalayıblar. 
Həmçinin tədbirdə Naxçıvan Muxtar Respublikası  iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iş adamlarına müraciət edərək real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmə imkanlarından istifadə etməyə dəvət edib.

Nəşr edilib : 26.07.2024 18:47