AZ EN RU

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşlara müraciət edib

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, Kəngərli rayonunun Xok kəndində ATS-də planlanmış yenilənmə işləri ilə əlaqədar 13-17 noyabr 2023-cü il tarixlərində zəruri təmir işləri həyata keçiriləcəkdir. Təmir işləri görülən zaman internet və rabitə xidmətlərində qısa dayanmalar müşahidə oluna bilər. 

Planlanmış işlər zamanı yarana biləcək müvəqqəti çətinlikləri nəzərə almağınız xahiş olunur.

Nəşr edilib : 13.11.2023 17:40