AZ EN RU

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yeni strukturunun təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və            5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur).
2. “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissə ləğv edilsin;
2.2. 2-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2-1.  Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin  işçilərinin say həddi cəmi 674 ştat vahidi olmaqla, aşağıdakı kimi müəyyən edilsin:
2-1.1. Aparat üzrə 56 ştat vahidi;
2-1.2. Magistral qaz kəmərlərinin və qaz paylayıcı stansiyaların istismarı idarəsi üzrə 113 ştat vahidi;
2-1.3. Texnoloji nəqliyyat idarəsi üzrə 26 ştat vahidi;
2-1.4. Təmir, tikinti və quraşdırma idarəsi üzrə 70 ştat vahidi;
2-1.5. Regional qaz istismar idarələri üzrə 409 ştat vahidi.”;
2.3. həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti haqqında Əsasnamə” üzrə:

2.3.1. 15.4-cü bəndə “əməkhaqqı fondu” sözlərindən sona “(ona əlavələr)” sözləri əlavə edilsin;
2.3.2. 16-cı–22-ci bəndlər ləğv edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Naxçıvan Muxtar Respublikası

 Ali Məclisi sədrinin müavini:

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 18 yanvar 2024-cü il

Nəşr edilib : 18.01.2024 19:58