AZ EN RU

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Şahbuz rayonunda vətəndaşları qəbul etmişdir

Fevralın 24-ü Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev  Şahbuz rayon prokurorluğunun inzibati binasında Şahbuz rayon sakinlərini qəbul etmişdir.

Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası prokurorunun müavini  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini və şəhidlər xiyabanını ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad etmişdir.

Qəbulda iştirak edən 35 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Sənan Paşayev müvafiq göstərişlər vermişdir.

Qəbuldan sonra Naxçıvan Muxtar Respublikası prokurorunun müavini əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.

Nəşr edilib : 24.02.2023 17:48