AZ EN RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun veb-saytı “GOV.AZ” zonasına köçürülüb

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun (www.ngenprosecutor.gov.az) elektron informasiya resursu AzStateNet şəbəkəsinə köçürülüb.

Qeyd edək ki, qurumun veb-saytı Nazirliyin mühəndis-proqramçıları tərəfindən ümumi dizayn, məzmun, istifadəçi rahatlığı və texniki imkanlar nəzərə alınaraq  əsaslı şəkildə yenidən hazırlanıb.  Zəruri tələblərə cavab verən yeni saytda prokurorluq orqanlarının fəaliyyəti haqqında olan yeniliklər, həyata keçirilən tədbirlər daha dolğun və operativ şəkildə istifadəçilərə təqdim ediləcəkdir.

Yeni internet səhifəsinin təhlükəsizliyinin təmin edilməsi, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə (info@ngenprosecutor.gov.az) təmin edilib.

Naxçıvan Muxtar Respublikası

                                                  Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  mətbuat xidməti

Nəşr edilib : 31.08.2023 10:19