AZ EN RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun məlumatı

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi ötən il oktyabrın 19-da Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1994-cü il təvəllüdlü Elvin Zaxarovun həmkəndlisi Fariz Ağayevi aralarında yaranmış mübahisə zamanı kənd ərazisində  bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Zaxarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Nəşr edilib : 14.02.2024 16:22