AZ EN RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda vətəndaş qəbulu keçirilib

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 14 vətəndaşın müraciəti dinlənilərək, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti orqanlarda həlli üçün müvafiq göstərişlər verilib.

Nəşr edilib : 15.02.2023 17:12