AZ EN RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə mayın 29-da  Naxçıvan Muxtar Respublikasında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan müvafiq dövlət orqanları əməkdaşlarının iştirakı ilə “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda seminar keçirilib.  
Seminarda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "İnzibati məsuliyyətin əsasları, inzibati xətalar qanunvericiliyinin prinsipləri, inzibati xəta və inzibati məsuliyyət“ və "İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti" mövzularında çıxış ediblər. 

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb,  seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 30.05.2024 16:19