AZ EN RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən Şərur rayonunda "Sudan səmərəli və qanuni istifadə " ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə mayın 14-də Şərur rayonunda
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə, Şərur və Sədərək rayonlarının yerli icra nümayəndələrinin, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə Sudan səmərəli və qanuni istifadə ilə bağlı tədbir keçirilib.
Tədbirdə Şərur rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sahib Qurbanov , Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov və  Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu ətrafında müzkirələr aparılıb və suallar cavablandırılıb.

Nəşr edilib : 14.05.2024 17:26