AZ EN RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən "Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur" mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun  təşkilatçlığı ilə iyunun 4-də Naxçıvan Müəllimlər İnstitunda tədbir keçirilib.

Tədbirin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində gənclərin maarifləndirilməsi ilə bağlı olub.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru İlqar Hacıyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin və Narkologiya şöbəsinin müdiri, həkim - narkoloq Azad Şükürlü mövzu ilə bağlı çıxış ediblər.
Sonda  mövzu ilə bağlı film nümayiş olunub.

Nəşr edilib : 05.06.2024 12:49