AZ EN RU

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi “Heydər Əliyev ili” tədbirləri çərçivəsində növbəti tibbi aksiyanı təşkil edib

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində növbəti humanitar tibbi aksiya Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsin həkim heyəti tərəfindən Ordubad rayonunun ən böyük yaşayış məntəqələrindən olan Dəstə kəndində keçirilib.
    Aksiya zamanı 38 qadın müayinə olunub. Ultrasəs müayinəsindən keçirilən zaman problemi olan qadınlar dərindən müayinə üçün Perinatal Mərkəzə dəvət olunublar.
    Müayinələr zamanı mərkəzin mütəxəssis ginekoloq həkimləri tərəfindən maariflədirici söhbətlər aparılıb, ailə planlaşdırılması və qadın sağlamlığı haqqında ətraflı məlumatlar verilib. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 08.06.2023 14:15