AZ EN RU

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə direktor müavini - baş həkim təyin olunub

 Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə direktor müavini baş həkim təyin olunub.

Qeyd edək ki, 1969-cu ildə Naxçıvanda doğulan K.Məmmədova Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb. Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyyə üzrə ixtisasartırma kursları keçib.

Nəşr edilib : 19.06.2023 15:09