AZ EN RU

Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II  hissəsinin 22-ci bəndini rəhbər tutaraq normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə aşağıdakı tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Komissiya yaradılsın:

Komissiyanın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi

         2. Komissiya normativ hüquqi aktların ekspertizasını həyata keçirib ləğv və ya dəyişikliklər edilməsi təklif olunan aktlarla bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin.

             Naxçıvan Muxtar Respublikası

         Ali Məclisi sədrinin birinci müavini

AZƏR ZEYNALOV

         Naxçıvan şəhəri, 07 iyun 2023-cü il

Nəşr edilib : 07.06.2023 21:15