AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron informasiya resursu, yəni "nnk.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.

Bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.01.2023 14:46