AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ləğv edilmişdir

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 26 noyabr tarixli Qərarında dəyişiklik edilərək “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsi  həmin  siyahıdan çıxarılmış və “Duzdağ Fizioterapiya Mərkəzi” publik  hüquqi şəxsinin  işçiləri üçün stimullaşdırıcı əlavələrin həddinin təsdiq edilməsi  haqqında” Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli Qərarı ləğv  edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

mətbuat xidməti

Nəşr edilib : 11.06.2024 18:23