AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilsin (əlavə olunur).

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının işçilərinin say həddi 90 ştat vahidi müəyyən edilsin.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

5.1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 4 iyul tarixli 28-VI FR nömrəli Fərmanı ləğv edilsin.

7. “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ştat strukturunun təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 31 may tarixli 30-06/S nömrəli Sərəncamı ləğv edilsin.

8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 13 iyun 2024-cü il

Nəşr edilib : 14.06.2024 09:52