AZ EN RU

Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbir keçirilmişdir

    Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov və Agentliyin əməkdaşları çıxış  edərək tədbirin keçirilməsinin zəruriliyi və məqsədlərindən danışıblar. Tədbir iştirakçılarına məlumat verilib ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi” qurulmuş və sığortaolunanlara göstərilən  tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərində aparılmaqdadır. Bu sistemin təkmilləşdirilərək tam mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, sistemdə olan boşluqlar, yaranmış bir sıra nöqsanlar, yeni modulların yaradılması və bir sıra dəyişikliklərin edilməsi geniş müzakirə olunub. Xüsusilə qeyd edilib ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları həkimlərin hesabatlarında olan nöqsanları əyani şəkildə ekranda göstərərək, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini həkimlərin nəzərinə çatdırıb. Tibbi ekspertiza qaydaları qanunvericiliyə uyğun olaraq təqdimat şəklində tədbir iştirakçılarına izah olunub. Tədbir diskussiya ətrafında davam etdirilib və həkimlərin sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 27.07.2023 15:05