AZ EN RU

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının elektron informasiya resursu yeni “nmsk.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.

Nəşr edilib : 20.02.2023 16:05