AZ EN RU

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda iştirak edir

     Noyabrın 28-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi olub. Forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar təşkil olunub.

Əvvəlcə Forum iştirakçıları Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi ilə tanış olublar. Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli forumdan gözləntilərin böyük olduğunu bildirib.

Forumda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev də iştirak edir. Aparat rəhbəri bu gün  Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən “Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları” adlı panel sessiyasında iştirak edib.

Mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqi məqsədi ilə keçirilən  forum üç gün davam edəcək.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.11.2023 14:43