AZ EN RU

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2023-cü ildə görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

İclas başlamamışdan əvvəl iştirakçılar 20 Yanvar şəhidlərinin, eyni zamanda Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

          Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran məsələlərə dair çıxış edərək qeyd etdi ki, 2023-cü il maliyyə göstəriciləri baxımından Naxçıvan Muxtar Respublikası üçün uğurlu bir il olub.

          Belə ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 152,2 milyon manat plana qarşı 121,13 faiz və ya 184 385 484 manat məbləğində icra edilmişdir, büdcəyə nəzərdə tutulandan 32 163 484 manat çox vəsait toplanıb. 

  Diqqətə çatdırıldı ki, təşkilatlar və digər bütün büdcə iştirakçıları üzrə əvvəlki illərə nisbətdə sosial xərclər, stimullaşdırıcı mükafat və maddi yardımlar həcminə görə müsbət artımla icra edilmişdir.

İclasın gündəliyinə uyğun Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri İbrahim Vəliyevin “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi”, Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyevin “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası” barədə çıxışları dinlənildi.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Naxçıvan Şəhər Maliyyə İdarəsi, Babək Rayon Maliyyə İdarəsi və Şahbuz Rayon Maliyyə Şöbələri tərəfindən 2023-cü ildə görülən işlər və 2024-cü ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək işlər barədə məruzələr dinlənildi.

Sonda “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin 2024-cü il üçün İş Planı”nın layihəsi kollegiya iştirakçılarına tədqim olundu və müzakirələrdən sonra iş planı təsdiq edildi.

 

Nəşr edilib : 19.01.2024 18:22