AZ EN RU

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilsin.

AZƏR ZEYNALOV

     Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini 

Naxçıvan şəhəri, 28 fevral 2023-cü il

Nəşr edilib : 28.02.2023 21:02