AZ EN RU

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet saytı “gov.az” zonasına köçürülüb

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən hazırlanmış İqtisadiyyat Nazirliyinin elektron informasiya resursu nHYPERLINK "http://nminenergy.gov.az/"economHYPERLINK "http://nminenergy.gov.az/"y.gov.az domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.

Saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.

Həmçinin, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də müvafiq işlər görülüb.

Yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə (info@neconomy.gov.az) təmin edilib.

Qeyd edək ki, nazirlik tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən qurumların köhnə versiyalı informasiya resurslarının yenilənməsi istiqamətində tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası

  Rabitə və Yeni Texnologiyalar Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 25.09.2023 17:49