AZ EN RU

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun  2024-cü il 23 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, son bir neçə ildə muxtar respublikanın iqtisadi həyatında böyük canlanma, iqtisadi fəallığın sürətli artımı müşahidə olunur. Buna səbəb regionda biznes üçün yaradılmış əlverişli mühit, müasir inzibatçılıq, stimullaşdırıcı alətlərin və təşviq mexanizmlərinin tətbiqidir. 
 Qeyd edək ki, Cavid Kəngərli 21 fevral 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. 1992-ci ildən vergi orqanlarında çalışır. Son illərdə 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviridir.

Nəşr edilib : 25.07.2024 13:50