AZ EN RU

Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinə təyinat olub

Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinə təyinat olub.
"Şərq qapısı" xəbər verir ki, bununla bağlı müvafiq əmr verilib. Əmrə əsasən, Sevda Şıxəliyeva İctimai Səhiyyə Xidmətinə müavin təyin edilib.
Qeyd edək ki, ötən ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılmışdı.

Nəşr edilib : 02.05.2024 14:32