AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid anası və qazini qəbul edib

İyunun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidi Hümbətov İmaməddin Muxtar oğlunun anası Hümbətova Təranə Baba qızını və qazi Bağırov Mahir Şükür oğlunu qəbul edib. Qəbul zamanı şəhid anasının və qazinin ayrı-ayrılıqda müraciətləri dinlənilib, sosial problemləri və qayğıları ilə maraqlanılıb. Şura sədrinin tapşırığı ilə Hümbətov İmaməddin Muxtar oğlunun şəhadətinin növbəti ildönümünün keçirilməsi üçün müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib. Həmçinin qazi Şükür Bağırovun da sosial problemləri və qayğıları nəzərə alınaraq Şura tərəfindən müvafiq məbləğdə maddi yardım köməkliyi edilib. Qəbul zamanı şəhid anası və qazi Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən onlara göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 12.06.2024 13:04