AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib

Qəbul zamanı maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər  müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbulda şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb, həlli  üçün müvafiq tapşırıqlar verilib. 
Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, hər həftənin cümə günü AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev saat 10:00-dan 12:00-dək vətəndaşları qəbul edir.

Nəşr edilib : 16.02.2024 14:37