AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə

Martın 16-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları Culfa rayonunun “Darıdağ” ərazisində ağacəkmə aksiyası keçirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək ətraf mühitin qorunub saxlanmasının vacibliyindən bəhs edib. Bildirilib ki, insanları ağac əkməyə təşviq etməklə yaşıllıqların çoxaldılmasına, ekoloji tarazlığın bərpasına  nail olmaq olar.
Şura sədri bu cür maarifləndirici tədbirlərin həyata keçirilməsini  təbiətə qayğının təbliğinə töhfə kimi qiymətləndirib. 
Tədbir çərçivəsində Muxtar respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin  100-dən çox əməkdaşının iştirakı ilə 1000 ədəd badam ağacı əkilib. Əkilən tinglər suvarılıb, onlara qulluq göstərilib.

Nəşr edilib : 16.03.2024 15:18