AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından növbəti dəstək I Qarabağ müharibəsi veteranına oldu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Babək rayon Məmmədrza Dizə kənd sakini I Qarabağ müharibəsi iştirakçısı Qələndərov Etibar Xanlar oğlunu qəbul edib.

Şura sədri vətəndaşın müraciətini dinləyib. AHİK sədr müavininin tapşırığı ilə Qələndərov Etibar Xanlar oğlunun göz əməliyyatı üçün Şuranın hesabından maddi yardım verilib.

Müharibə veteranı Qələndərov Etibar Xanlar oğlu diqqətə görə təşəkkürünü bildirib      

Nəşr edilib : 21.02.2024 11:24