AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında vətəndaş qəbulu günü keçirilib

Fevralın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Şurada vətəndaşları qəbul edib.
Şura sədri hər bir vətəndaşın müraciətini dinləyib, qayğıları ilə maraqlanıb. 
Qəbul zamanı müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri habelə digər müxtəlif məsələlərlə bağlı olub.
Vətəndaşlar tərəfindən müraciət edilən məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb.
Qəbula gələn 44 nəfər vətəndaş müraciətlərinin cavablandırılmasına və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 23.02.2024 14:26