AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında növbəti vətəndaş qəbulu keçirilib

Mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib.

Müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri habelə digər müxtəlif məsələlər ilə bağlı olub.

Qəbula gələn 27 vətəndaşın problemləri ayrı-ayrılıqda diqqətlə dinlənilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Nəşr edilib : 24.05.2024 13:33