AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası növbəti şəhid ailəsinə dəstək göstərib

Martın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Aprel döyüşləri zamanı şəhid olan mayor Məmmədov Rasim Əbdül oğlunun anası Məmmədova Bəsti Vəli qızını qəbul edib. Qəbul zamanı şəhid anasının müraciəti dinlənilib, sosial problemləri və qayğıları ilə maraqlanılıb.
AHİK sədrinin müavininin tapşırığı ilə Aprel döyüşləri şəhidi, mayor Rasim Məmmədovun şəhadətinin növbəti ildönümünün keçirilməsi üçün müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib.
Qəbulda şəhid ailəsi onlara göstərilən diqqət və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına minnətdarlığını bildirib.

Nəşr edilib : 11.03.2024 14:56