AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir aztəminatlı ailəyə dəstək olub

Martın 11-də  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Babək rayon Kalbaoruc Dizə kənd sakini Babayeva Mətanət Dadaş qızını qəbul edib. 
Şura sədri vətəndaşın müraciətini dinləyib, onun qayğıları ilə maraqlanıb. AHİK sədrinin müavininin tapşırığı ilə Babayeva Mətanət Dadaş qızına nəvəsi Mətanət Babayevanın əməliyyatı üçün Şuranın hesabından müvafiq məbləğdə maddi yardım göstərilib.  Babayeva Mətanət Dadaş qızı müraciətinin qısa zamanda cavablandırıldığı və həll edildiyi üçün  təşəkkürünü bildirib.

Nəşr edilib : 11.03.2024 12:17