AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 2 nəfəri - şəhid ailəsi üzvü və qazini işlə təmin edib

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası əhalinin həssas qrupuna aid olan şəhid ailəsi üzvləri və qazilərlə davamlı görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, müvafiq dəstək və yardım göstərir. Bu qayğının nəticəsi olaraq bu ay 2 nəfər - şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan biri Vətən müharibəsi qazisi Əhmədli Nəriman Fazil oğlu Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsində təlimatçı vəzifəsində, digəri isə şəhid Cəfərov Cəfər İbrahim oğlunun qardaşı Cəfərov Malik Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında sürücü vəzifəsində işlə təmin olunub.

Nəşr edilib : 03.08.2023 10:10