AZ EN RU

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin saytı “GOV.AZ” zonasına köçürülüb

    Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin elektron informasiya resursu yeni “nmys.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.
    Yenilənmiş internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb. 
    Saytın SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir. 

Naxçıvan Muxtar Respublikası Rabitə və

Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.06.2023 18:50