AZ EN RU

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə 4 yeni avtomobil və müxtəlif avadanlıqlar təqdim edilib

Son illər ölkəmizdə fövqəladə hallar orqanlarının fəaliyyətinin  yüksək səviyyədə təmin edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə bu gün muxtar respublikada da əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər reallaşdırılır, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası ilbəil gücləndirilir, yeni xidməti avtomobilləri və texniki vasitələr alınıb istifadəyə verilir.

Bu sahədə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, yüklərin və köməkçi materialların daşınması üçün 1 ədəd  avadanlıqları ilə birlikdə “Nissan Patrol” markalı, 2 ədəd “Lada Niva Travel” markalı və 1 ədəd “QAZEL” markalı avtomobil verilib. Bu avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Həmçinin, nazirliyə 35, 55, 77, 90 KVA gücündə 5 generator, müxtəlif həcmdə yanğınsöndürmə balonları, məişət avadanlıqları, mövsümə uyğun geyim dəstləri, xüsusi geyim formaları və digər texniki vasitələr olmaqla 91 adda müxtəlif təyinatlı avadanlıqlar verilib.

Naxçıvan Muxtar Respublikası

 Fövqəladə Hallar Nazirlinin

mətbuat xidməti

Nəşr edilib : 16.02.2023 16:21