AZ EN RU

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən taktiki-xüsusi təlim keçirilməsi nəzərdə tutulur

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən qar uçqunlarında zərərçəkənlərin axtarışı və xilas edilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi və idarəetmənin təşkili ilə bağlı taktiki-xüsusi təlim təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, təlimin keçirilməsində məqsəd beynəlxalq təlimlərdə qazanılan təcrübənin öyrənilməsi və peşəkarlığın artırılması, qar uçqunları nəticəsində yaranan fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərinin aparılmasıdır.

Təlimin fevral ayında keçirilməsi nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.01.2024 13:15