AZ EN RU

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu otağı istifadəyə verilib

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni yaradılan Vətəndaşların Qəbulu Otağı istifadəyə verilib.
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan “Vətəndaşların qəbulu” altsistemi və qəbul otağında yaradılan şərait barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədliyə məlumat verib. 
    Qeyd edək ki, müasir texnologiyalar və avadanlıqlarla  təmin olunmuş Vətəndaşların Qəbulu Otağı həftənin iş günləri saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək. 
    Qəbul otağında vətəndaşların müraciətinin qəbul edilib, müvafiq xidmət pəncərələrinə yönləndirilməsi və elektron növbə sistemi üçün məlumat masası, müraciət edən vətəndaşların rahatlıqlarının təmin edilməsi üçün oturacaqlar, növbə ardıcıllığını əks etdirən monitor və sağlamlıq imkanları məhdud şəxslərin qəbul zamanı rahat hərəkətlərini təmin etmək üçün  zəruri xidmət vasitələri ilə təchiz edilmiş gözləmə zalı, müvafiq olaraq qəbul edilən müraciətlərin cavablandırılması üzrə xidmət masaları fəaliyyət göstərir.
    Qeyd edək ki, xidmət səviyyəsinin ölçülməsi məqsədilə video və səs qeydiyyatı aparılır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.12.2023 14:54