AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron informasiya resursu yeni – “neco.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.

Nəşr edilib : 27.02.2023 11:36