AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayonunun Kərimbəyli, Axaməd və Kürkənd kəndlərində yaşıllıq sahələrinə, məişət tullantılarının idarə olunmasına və içməli sular üzrə monitorinq aparılıb

Rayonun Maxta və Daşarx tullantı məntəqəsində tullantıların üzərinin  basdrılmadığı və çəpərdən kənar ərazilərə tullantıların səpələndiyi müşahidə edilib. Axaməd kənd tibb məntəqəsində bir qisim tibbi tullantılar salafan torbalara yığılaraq məntəqə daxilində saxlanılıb. Məntəqənin həyətyanı sahəsində tibbi tullantılar üçün nəzərdə tutulmuş qutuda tibbi tullantılar açıq vəziyyətdə yerləşdirilib. Eyni zamanda məişət tullantıları üçün nəzərdə tutulmuş qutuda tibbi tullantıların yerləşdirildiyi qeydə alınıb.
Eyni zamanda, kəndlərə gedən avtomobil yollarının kənarlarında olan yaşıllıq sahələrinin alaq otlarından təmizlənməsinə ehtiyac olduğu, bəzi ağacların kəsilərək ərazidə saxlanılılması qeydə alınıb.
Həmçinin, nazirlik tərəfindən Ordubad rayon Biləv, Gilançay və Baş Dizə kəndlərində də monitorinq aparılıb və eyni hallara bu ərazilərdə də rast gəlinib.
Nazirlik çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edib.

Nəşr edilib : 31.07.2023 13:15