AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə  qərara alıram:
    1. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilsin və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılsın. 
    2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
    2.1. Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
    2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
    2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
    3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası 
   Ali Məclisi Sədrinin birinci müavini Azər ZEYNALOV 

    Naxçıvan şəhəri, 15 mart 2023-cü il

Nəşr edilib : 15.03.2023 21:15