AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub

Yanvarın 25-də İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunub.

İlqar Sadıqovu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, İlqar Sadıqov Naxçıvana olan təyinatdan öncə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərlik edib.

“Şərq qapısı” qəzetinə qısa müsahibə verən İlqar Sadıqov göstərilən etimada görə minnətdarlıq edib, muxtar respublikanın müasirləşməsi, tikinti-quruculuq işlərinin keyfiyyət və zövqlə aparılması istiqamətində səylə çalışacaqlarını bildirib.

“Şərq qapısı”

Nəşr edilib : 25.01.2023 19:00