AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində kadr dəyişiklikləri olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamları ilə fevralın 27-də Ruslan Kəngərli Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, Yəhya Allahverdiyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrindən azad ediliblər, cəmiyyət sədrinin vəzifələrinin müvəqqəti icrası cəmiyyətin sədr müavini Faiq Şıxəliyevə verilib.

 

Nəşr edilib : 28.02.2023 11:19